Suriya Demokratik Qüvvələrinin İŞİD-in əsarətindən xilas etdiyi Rəqqada sivillərin təxliyyə edilməsinə start verilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yerli əhalinin şidətli müharibənin ortasında qalmaması üçün onlar daha təhlükəsiz yerlərə köçürüləcəklər.
Lakin, onları aparılacağı ərazinin adı bildirilməyib.
Bundan başqa, şəhərin giriş və çıxışlarında qurulan nəzarət məntəqələrində İŞİD terrorçularının qaçmasının qarşısını almaq üçün də tədbirlər görülür. Şəhərdə 150-yə yaxın terrorçunun qaldığı ehtimal edilir.