Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Türk deputatlarla bağlı Bakıdan açıqlama

Türk deputatlarla bağlı Bakıdan açıqlama


“Təəssüflə qeyd edirəm ki, Türkiyədən olan millət vəkilləri, böyük Atatürkün yaratdığı partiyanın nümayəndələri Azərbaycanın əleyhinə olan qətnamənin qəbul edilməsini dəstəkləyiblər. Bu bir daha onu göstərir ki, Türkiyənin içərisində olan bəzi qüvvələr  hələ də Azərbaycan barəsində mənfi fikir yaratmağa çalışırlar”.



Bunu “Qafqazinfo”ya açıqlamasında YAP-çı millət vəkili Aydın Mirzəzadə AŞPA-da Azərbaycanın əleyhinə olan qətnaməni CHP-li millət vəkillərinin dəstəkləməsinə münasibət bildirərkən deyib.  



Deputat qeyd edib ki, onlar başa düşmürlər ki, Azərbaycan və Türkiyə bir-birinə bağlı olan dövlətlərdir: “Biz həmişə bir olmuşuq. Beu situasiyada tək Azərbaycan zərər görmür. Türkiyənin istənilən anında Azərbaycan birmənalı şəkildə onun yanında olub. Həmçinin, 3 nəfərin antiazərbaycan mövqe tutması bütün Türkiyənin mövqeyi demək deyil. Türkiyə dövləti, hökuməti, cəmiyyəti bütün məsələlərdə Azərbaycanın yanındadır. Bizim uğurlarımıza, beynəlxalq aləmdə nüfuzumuzun artmasına sevinib. 





Azərbaycan Avropa Şurası tərəfindən ona qərəzli mövqenin olduğunu yəqin edir. Cənab prezidentin də dediyi kimi Azərbaycan Avropa Şurasından çıxmaqla nə qazanacaq, nə itirəcək. İtirən Avropa Şurası olacaq. Azərbaycan demokratiya və insan hüquqlarının qorunması yolunda davam edəcək”. 





Millət vəkili Fazil Mustafa da mövzu ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, Dəniz Baykal həmişə bizə dəstək verib: “Onun indi əleyhimizə addım atmağının səbəbini anlaya bilmirəm. Mən o tədbirdə iştirak etməmişəm. Hər halda bu bir az maraqlı məsələ oldu. Ola bilər ki, onlarda hansısa bir başqa motivə görə bu addımı atıblar. Azərbaycan hakimiyyətinin AKP ilə çox yaxınlığı müəyyən dərəcədə bu addımı atmağa sövq edib. Çünki CHP müxalifət partiyasıdır. İstənilən vaxt hakimiyyətlə olan münasibətlərə bir az fərqli yanaşırlar. Əvvəlcədən onlarla nə kimi söhbətlər aparılıb, ya da aparılmayıb bunu da deyə bilmirəm”.


Teqlər:
Bu xəbər cəmi 4225 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR