Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda görünməmiş qanunsuzluq: yol polisi parkomatın yanından maşınları apardı

Bakıda görünməmiş qanunsuzluq: yol polisi parkomatın yanından maşınları apardı


  Dövlət Yol Polisi İdarəsinin Bakıda Cavanşir körpüsünün yaxınlığında yerləşən cərimə meydançasının əməkdaşları maşınları qeyri-qanuni şəkildə meydançaya aparırlar.



Lent.az-ın məlumatına görə, Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində Bakı Şəhər İcra Hakimiyyətinin quraşdırdığı parkomatların yanından 10-dan çox avtomobil qanunsuz olaraq cərimə meydançasına aparılıb. Sürücülər bildirir ki, müvafiq dövlət qurumun icazəsi ilə qoyulmuş parkomatların yanında maşınlarını saxlayıb dayanacaq pulunu ödəsələr də, evakuatorlar maşınlarını cərimə meydançasına aparıb. Onlara isə bildirilib ki, parkomat qanunsuz qoyulub.



Bakı şəhər İcra Hakimiyyətinin hadisə yerində olan əməkdaşları da bildirib ki, maşınları cərimə meydançasına aparan şəxslər qanunsuzluq ediblər: “Bizim burada parkomatlarımız var. Maşın saxlamaq qanunidir. Lakin maşınları aparanlar iddia edir ki, parkomat qanunsuz qoyulub. Gülməli vəziyyət yaranıb”Qeyd edək ki, maşınları qanunsuz şəkildə cərimə meydançasına aparan evakuatorun dövlət nömrə nişanı 90 JM 008-dir.



 Məsələ ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a açıqlama verib. O bildirib ki, hardasa parkomat qoyulubsa, o demək deyil, orada maşın saxlamaq olar: “Ola bilsin ki, parkomat düzgün qoyulmayıb.  Mən indi bu məsələdən xəbərsizəm”.



  YPX rəsmisinin sözlərinə görə, cərimə meydançasından ona bildiriblər ki, həmin ərazidən yalnız  piyada keçidin üzərində olan avtomobillər götürülüb. (Videodan görünür ki, bu, belə deyil).Vaqif Əsədov qeyd edib ki, həmin sürücülər cərimə meydançasına yaxınlaşıb, avtomobillərinin niyə aparılmasını öyrənə bilərlər: “Həmin sürücülər cərimə meydançasına yaxınlaşsın. Onlara maşınları  şəkillərini  göstərəcəklər və niyə aparılmasını izah edəcəklər”.


Teqlər:
Bu xəbər cəmi 3695 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR