Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Kamran Əliyev: Azərbaycan Prokurorluğu cinayətkarlığın bütün növlərinə qarşı sıx beynəlxalq əməkdaşlıq həyata keçirir

Kamran Əliyev: Azərbaycan Prokurorluğu cinayətkarlığın bütün növlərinə qarşı sıx beynəlxalq əməkdaşlıq həyata keçirir


Prezident İlham Əliyevin siyasi kursuna uyğun olaraq, Azərbaycan Prokurorluğu cinayətkarlığın bütün növlərinə qarşı sıx beynəlxalq əməkdaşlıq həyata keçirir. Sevindirici haldır ki, Azərbaycanda müvafiq dövlət qurumları tərəfindən kibertəhlükəsizlik tam təmin olunur. Lakin bundan arxayınlaşmaq olmaz. Bu sahədə səylərimizi daha da artırmalı, beynəlxalq əməkdaşlığı genişləndirməliyik.



AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 9-da Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Bakıda keçirilən kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfransda jurnalistlərə müsahibəsində söyləyib.



Baş İdarə rəisi bildirib ki, müasir dövrdə bütün dünyada aktual məsələ olan kibercinayətkarlığa qarşı mübarizədə regional və beynəlxalq əməkdaşlıq zəruridir. Azərbaycan Respublikası Prokurorluğunun, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA), Avropa İttifaqının və Avropa Şurasının birgə təşkilatçılığı ilə Bakıda işə başlayan konfrans bu baxımdan böyük əhəmiyyət kəsb edir.



“Kibercinayətkarlığa iki aspektdən baxmaq lazımdır. Belə ki, kibertəhlükəsizlik məsələləri hər bir ölkə üçün çox vacib məsələdir. Digər tərəfdən, kibercinayətkarlıq deyəndə, eyni zamanda, müasir informasiya texnologiyalarından istifadə etməklə digər təhlükəli cinayətlərin törədilməsi nəzərdə tutulur. Bu qəbildən cinayətlərə terrorçuluğun maliyyələşdirilməsi, çirkli pulların yuyulması, korrupsiya sxemlərinin həyata keçirilməsi və s. daxildir. Təəssüf ki, son vaxtlar belə cinayətlərin törədilməsində informasiya texnologiyalarından geniş istifadə olunur. Məhz bu baxımdan biz prokurorlar və bu sahədə mübarizə aparan digər hüquq mühafizə orqanlarının əməkdaşları bilik və bacarığımızı, peşə hazırlığımızı artırmalı, beynəlxalq əməkdaşlığı gücləndirməliyik”, - deyə Kamran Əliyev qeyd edib.








Teqlər:
Bu xəbər cəmi 2530 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR