Iranda prezident seçkilərinin ilkin nəticələrinə görə qalib gəlmiş Həsən Ruhani xalqa ilk müraciətini edib. Televiziya ilə çıxışında Həsən Ruhani onu seçən xalqı bu xalqa xidmət yolunda ona kömək olmağa çağırıb.
"Mən qürur duyuram ki, böyük İran xalqı məni layiq bilib seçdi. Onlar mənə etibar etdilər, mən də xalqa xidmət yoluna qədəm qoyuram ki, onların rifahını təmin edim, milli şərəf və milli maraqlarımızı qoruyum. Bu yolda sizin köməyinizə ehtiyac duyuram. Mənim yanımda olmalısız. Sizin əməkdaşlığınıza ehtiyacım var. Əgər ölkənin inkişafı yolunu seçmək, rifah, sülh və sabitlik əldə etmək istəyiriksə, qanunu gücləndirməkdən və ona sadiq qalmaqdan yaxşı yol ola bilməz." - deyə, Həsən Ruhani bildirib.