Türkiyə ordusu atəşkəs rejiminə nəzarət etmək üçün Suriyanın İdlib şəhərinə daxil olub.
“Yenimeydan.info” xəbər verir ki, Türkiyə ordusu müşahidə nöqtələri yaratmaq üçün ötən gündən etibarən kəşfiyyat fəaliyyətinə başlayıb.
Qeyd edək ki, Türkiyə Suriyada atəşkəsə nəzarət üzrə Rusiya və İranla birgə qarant ölkə statusu daşıyır.