Elşad Abdullayev Sevincin daha bir videosunu yaydı
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsindən “Azadlıq.TV”-yə iki videolent təqdim edilib.
Təqdim edilən videolarda Bakı Dövlət Universitetinin professoru Hacı Əsədulla (soyadını müəyənləşdirə bilmədik-red) və məhrum Sevinc Babayeva ilə ABU-nun rektoru Elşad Abdullayevin söhbətləri əksini tapıb.
Hacı Əsədulla E. Abdullayevə bildirir ki, Milli Təhlükəsizlik Nazirliyi Mahir Abdullayevin tapılması üçün bir neçə qrup yaradıb. Həmin qruplar Rusiyada, Almaniyada, Fransada və başqa ölkələrdə M. Abdullayevin işi ilə bağlı ezam olunublar. Hacı Əsədulla onu da qeyd edir ki, təhqiqatda xeyli uğur əldə edilib və M. Abdullayevin vəziyyəti yaxşıdır. Qeyd edək ki, E. Abdullayevin bildirdiyinə görə, Hacı Əsədullanın oğlu Milli Təhlükəsizlik Nazirliyində çalışır. Və informasiyalar onun vasitəsi ilə E. Abdullayevə çatdırılıb.
Xatırladaq ki, əvvəlki videoda MTN-nin Fikrət adlı əməkdaşı bildirir ki, M. Abdullayev İlqar Səfixanov adlı şəxslə 2 günlük Türkiyəyə gedib qayıdıb.
Sevinc Babayeva ilə E. Abdullayevin arasında gedən danışıqda isə Mahir Abdullayevin geri qaytarılması üçün G. Əhmədova 500 min manat tələb edib. Daha sonra M. Abdullayevi yüksək vəzivəyə gətirmək üçün əlavə 500 min manat tələb edir. E. Abdullayev isə əlavə pulu olmadığını bildirir. Söhbət zamanı S. Babayeva telefonla G. Əhmədova ilə danışaraq E. Abdullayevin əlavə pulu olmadığını bildirir.
Qeyd edək ki, videolentləri komitəyə E. Abdulayev tərəfindən təqdim edilib. E. Abdullayev hər iki videolentin davamını yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyini bildirib.
Komitə eyni zamanda bəyan edir ki, videolentlər Baş Prokurorluğa da göndəriləcək.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.