Rusiya Xarici işlər naziri Sergey Lavrov oktyabrın 11-də Soçidə suriyalı həmkarı Valid Muallemlə görüşəcək.
“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin müavini Mixail Boqdanov bildirib.
Diplomat qeyd edib ki, Soçidə buna qədər Rusiya-Suriya hökumətlərarası komissiyası öz işinə başlayacaq. Suriyaya V. Muallem, Rusiya tərəfinə isə baş nazirin müavini Dmitriy Roqozin rəhbərlik edəcək.