Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanlı biznesmənə görə Dağıstanda qarşıdurma

Azərbaycanlı biznesmənə görə Dağıstanda qarşıdurma


Mahaçqala şəhərinin yaxınlığında yerləşən Krasnoarmeyski qəsəbəsində dramatik hadisələr yaşanıb. 



“Yenimeydan.info”nun Virtualaz.org-a istinadən verdiyi məlumata görə, yerli sakinlər dövlətin yaşayış məntəqəsi üçün ayırdığı torpaq sahəsi üstündə yerli hakimiyyətlə davaya qalxıb. Əhalinin fikrincə, məmurlar həmin torpağı öz adlarına qeydiyyatdan keçiriblər.



Kənd administrasiyası və tikinti işlərini aparanlarla söz güləşdirmə bir müddət sonra əsl davaya çevrilib. Hadisə yerinə polis əməkdaşları gəlib. Camaat hüquq-mühafizə orqanı əməkdaşlarının maşınını daşa tutublar və avtomobil tərəfə zir-zibil atıblar. Yalnız polis əməkdaşlarının tabel silahına müraciət etməsindən sonra kütlə “özünə gəlib” və dağılışıb. Qeyd olunur ki, polis havaya atəş açıb.



“15 ildən çoxdur ki, bizi bura köçürərkən dövlətin ayırdığı 49 hektar torpaq ərazisini qoruyub saxlamağa çalışırıq”, - Krasnoarmeyski sakinlərindən biri deyir.



Onun sözlərinə görə, yerli məmurlar camaatın icazəsi olmadan torpağı öz adlarına qeydiyyatdan keçiriblər, lakin əhali burada tikinti işlərinin aparılmasına yol verməyib.



“Bu ərazidə bizim qəbiristanlığımız da yerləşir. Lakin indi məlum olur ki, torpağın Azərbaycandan gəlmiş yeni sahibi var. O, ağır tikinti texnikasını sahəyə salaraq burada hansısa işləri aparmaq istəyib. Biz buna qarşı çıxdıq və etiraz aksiyası keçirdik. Administrasiyadan məmurlar gəldi. Texnikanı mübahisəli əraziyə buraxmırdıq, lakin polis əməkdaşları araya girdi. Zabitlərin göstərişinə baxmayaraq, geri çəkilmədik. Sonra uşaqlar asayiş keşikçiləri ilə davaya girişdilər. 10 nəfər tutulub”, - sakin qeyd edib.


Teqlər:
Bu xəbər cəmi 4035 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR