Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Əxlaqsız aparıcı əxlaqdan danışmasın" - Sabir Rüstəmxanlı


Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan dilinin problemlərinin müzakirəsinə həsr olunmuş konfransda xalq şairi Sabir Rüstəmxanlı da çıxış edib. O, millətin müqəddaratında dilin oynadığı əhəmiyyətli roldan danışıb:



“Dil varsa xalq var, dil yoxdursa xalq da yoxdur. Dil ana südü kimidir, necə ki ana südü ilə qidalanmayanlar ömür boyu xəstə olur, dili də erkən yaşdan mənimsəməyən şəxslər hər zaman problemlərlə üzbəüz qalırlar. ”



Bakutime.com xəbər verir ki, şair həmçinin televiziyalarda dilimizin qaydalarını kobud şəkildə pozan aparıcıları sərt şəkildə tənqid edib:



“Vaxtilə Azərbaycanda 1-2 kanal var idi. İndi isə media orqanları həddən artıq çoxdur. Təbii olaraq, diktorların, aparıcıların sayı da çoxluq təşkil edir. Xalqın qarşısına çıxarılan şəxslər, birinci növbədə əxlaqlı insanlar arasından seçilməlidir. Əxlaqsız əxlaqdan danışmasın. Kimsə tanışına, xarici görünüşünə görə ekranlara gətirilməməlidir.”



Sabir Rüstəmxanlı çıxışının sonunda bildirib ki, müəssisələrə xarici dillərdə adların verilməsi bir sıra problemlərə gətirib çıxarır:



“Müəssisələrə ad seçilərkən ciddi nəzarət edilməlidir. Biz hər zaman “karvansaray” sözünü dilimizdə istifadə etmişik, indi isə bizə deyirlər ki, yox, mütləq “plaza” deməlisiniz. Axı nəyə görə? Bunlar öz millətini, dilini sevməyən insanlardır. Necə ki övladlarımıza ad qoyanda müəyyən məhdudiyyətlərlə qarşılaşırıq, eləcə də bu qaydalar müəssisələrə ad verilərkən də tətbiq olunmalıdır”.


Teqlər:
Bu xəbər cəmi 3000 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR