“Azəristiliktəchizat” ASC üzrə 89532 min manat borcun ödənilməsi və 01.05.2017-ci il tarixə yaranmış borc qalığı barədə qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktının təsdiq olunması üçün “Azəristiliktəchizat” ASC-yə rəsmi müraciət olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
Həmçinin hesabatda qeyd edilir ki, 2017-ci ilin 6 ayı ərzində aşkar edilmiş qeyri-qanuni istifadə hallarının nəticəsində yaranan itirilmiş qaz həcminin bərpası məqsədilə “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 11486 akt tərtib edilib. Qazdan qeyri-qanuni istifadə hallarının nəticəsində dəymiş 543508,6 manat (27175443 m3) ziyanın ödənişinin təmin edilməsi məqsədilə müvafiq tələbnamələr hazırlanmış və ödənilməsi üçün abonentlərə təqdim olunub.