Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ARDNŞ-i Gürcüstandan sıxışdırmağa başladılar

ARDNŞ-i Gürcüstandan sıxışdırmağa başladılar
İvanişvili hökuməti Rusiya üzərindən Qazaxıstan qazı almağa hazırlaşır, “Kaztransqaz Tbilisi” şirkətinin direktoru Sanjar Şokatayev: “Azərbaycan nə qədər dost ölkə olsa da inhisarçıdır”


Gürcüstan hökuməti ölkənin qazla təchizatını diversifikasiya etmək üçün Qazaxıstanla anlaşmaq üzrədir. Gürcü KİV-lərinin xəbərlərinə görə, tərəflər Qazaxıstan qazının Rusiya üzərindən Gürcüstana çatdırılması məsələsində anlaşıblar. Bildirilir ki, Gürcüstanın energetika naziri Kaxa Kaladze bugünlərdə Astanaya səfəri zamanı məsələni müzakirə edib. Tərəflər Gürcüstan paytaxtını qazla təchiz edən və gürcü tərəfinə ödəməli olduğu borca görə Tiflisin müvəqqəti nəzarətinə keçən “Kaztransqaz Tbilisi” şirkətinin qazax tərəfinə qaytarılmasında anlaşıblar. Bu məsələyə dair məsləhətləşmələrdə baş nazir Bdzina İvanişvili də iştirak edib. 



“Kaztransqaz Tbilisi” şirkətinin Gürcüstana 25 milyon dollar borcu var. Borcu ödəyə bilmədiyinə görə şirkətin idarəçiliyi müvəqqəti olaraq 2014-cü ilə qədər Gürcüstan tərəfinə verilib. Lakin tərəflər borcun rekonstruksiyası məsələsinə dair anlaşma əldə edə biliblər. Şirkətin direktoru Sanjar Şokatayev bildirib ki, qazax tərəfi “Kaztransqaz Tbilisi”nin idarəetməsinin geri qaytarılmasının detallarını müzakirə edir. Şirkətin idarəçiliyi geri qaytarılandan sonra Qazaxıstan qazının Gürcüstana ixracı məsələsinə baxılacaq. Gürcüstanın energetika nazirinin müavini İlya Eloşvili isə deyib ki, şirkətin menecmentinin qazax tərəfinə qaytarılması prosesi qış mövsümü gələnədək həll olunacaq.





S.Şokatayev  deyib ki, onun hökuməti qazax qazının ölkəyə idxalını istəyir. “Bu qaz kommersiya istehlakçılarına satılacaq. Tariflərin aşağı salınması haqda əvvəlcədən nəsə deyə bilmərəm, lakin energetika naziri Kaxa Kaladzenin dediyi kimi, idxal mənbələrini diversifikasiya etmək zəruridir. Gürcüstan nə qədər dost ölkə olsa da bir mənbədən-Azərbaycandan asılı olmalı deyil. Belə ki, Azərbaycan Gürcüstanın qaz idxalı bazarında inhisarçıdır” deyə, Şokatayev bildirib.

Bir neçə həftə əvvəl K.Kaladze də Gürcüstanın qazla təchizatının diversifikasiya edilməsinə çalışdıqlarını deyib. “Bizim hakimiyyət hər şeyi edəcək ki, iki, üç, dörd təchizatçı meydana çıxsın. Bazarda nə qədər rəqabət olsa bu qiymət baxımından o qədər maraqlı olacaq. Qış aylarında biz elektrik enerjisini Rusiyadan idxal edirik. Bəs niyə qazı Rusiyadan, yaxud Qazaxıstandan almaq olmaz” deyə, Kaladze bildirib.

Lakin məsələ ondadır ki, Gürcüstan Qazaxıstan qazını almalı olsa, bunu “Qazprom” vasitəsilə edəcək. Çünki qazax qazının ixracını “Qazprom” həyata keçirir. İvanişvili hökuməti ARDNŞ-in Gürcüstan bazarında inhisarçı olmasından məmnun qalmadığını çoxdan büruzə verib. Əvvəlcə elan edilib ki, bu şirkətlə müqavilələrə yenidən baxıla bilər.

Daha sonra tərəflər məsələni yoluna qoymuş kimi görünsələr də Gürcüstan hökuməti ARDNŞ-ə rəqib tapmaq üçün Rusiya və Qazaxıstanla anlaşmağa çalışır. Paytaxt Tiflis istisna olmaqla, Gürcüstanın digər ərazilərinin qazla təchizatı sistemi ARDNŞ-in törəmə şirkətinin nəzarətindədir. ARDNŞ həmişə fəxrlə bildirir ki, Gürcüstanın ən ucqar bölgələrini də qazlaşdırıb. Baxmayaraq ki, şirkət Azərbaycanın regionlarında qazlaşdırmanı yarımçıq qoyub və 2013-cü ilə qədər ölkə ərazisinin 95 faizinin qazlaşdırılacağına dair verilmiş vədlərin boşa çıxdığı artıq şübhə doğurmur.


Teqlər:
Bu xəbər cəmi 1275 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR