Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfi Qasımov vəzifəsindən azad olunub.
“Yenimeydan.info”nun “Report”a istinadən məlumatına görə, bununla bağlı qərarı icra hakimiyyətinin başçısı Raqub Məmmədov imzalayıb.
Yetmiş yaşlı Zülfi Qasımov 10 ilə yaxın bu vəzifədə işləyib.
Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə hələlik yeni təyinat olmayıb.
Qeyd edək ki, Z.Qasımov eyni zamnada hakim Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatının sədridir.