Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Kürd referendumunun arxasındakı gizlinlər - Millət vəkili şərh edir

Kürd referendumunun arxasındakı gizlinlər - Millət vəkili şərh edir


Ötən gün İraqın şimalındakı kürd muxtar bölgəsində müstəqillik referendumu keçirilib. Artıq referendumun ilkin nəticələri bəllidir. Belə ki, 78 faiz seçici fəallığı olan referendumda kürd seçicilərin 93.7 faizi referenduma “Hə” deyib, cəmi 6.3 faiz seçici müstəqilliyə qarşı çıxıb.



Millət vəkili, siyasi analitik Sahib Alıyev kürd referendumunun arxasındakı gizli maraqlar, bunun regiona və Qarabağ münaqişəsinə təsiri ilə bağlı mövcud vəziyyəti AzVision.az-a geniş şərh edib.



- Sahib müəllim, kürdlərin referendum keçirməsində məqsəd nədir? Bunun arxasında hansı gizli maraqlar dayanır?



- Bu referendumu kürdlər keçirmirlər, kürdlərə keçirtdirirlər. Və onu keçirtdirənlərin də əksəriyyəti hazırda onun əleyhinə olduqlarını deyənlərdir. Paradoks da budur. Bir sözlə, bu referendum deyil, böyük bir oyundur.



- Bölgə dövlətləri referenduma etirazlarını bildirdilər. Buna baxmayaraq, kürdlər müstəqil olmaq üçün ciddi addım atdılar. Referendumun nəticələrini necə qiymətləndirirsiniz? 



- Bu referendum hazırda müstəqilliyin elan edilməsi məqsədilə keçirilmir. Məqsəd 2005-ci il İraq konstitusiyasına düzəliş etdirmək üçündür. İraq Kürdüstanının rəhbərliyi hazırda de-fakto statusları nədirsə, onu əldə etməyə çalışırlar. Yəni İraqla federal deyil, konfederal əlaqələrə can atılır. Təbii ki, indiki mərhələdə. Gələcəyi isə gələcək göstərməlidir.



Nəticəyə gəldikdə, məncə, kimsə Kürdüstanın üzərinə yeriməyəcək. Yerimək istəyənlərin qarşısı alınacaq. Özü də sözdə referendum əleyhinə olduqlarını bildirənlər alacaqlar. Orasını da deyək ki, o dövlətlər ki, müstəqil Kürdüstanın əleyhinə çıxırlar, onlara eyni dərəcədə İraqın öz sərhədlərinə tam nəzarət etməsi əl vermir. Onlara müstəqil olmayan, ancaq rəsmi Bağdada tabeçiliyi formallıqdan o yana getməyən bir Kürdüstan lazımdır. Qonşu dövlətlərin yanaşmasından söz gedirsə, təbii ki, qlobal güclərin başqa maraqları var. Onlar Böyük Kürdüstan yaratmaq niyyətindədirlər. Ancaq bu, birdən-birə deyil, addım-addım olmalıdır. Öncə Kürdüstan muxtarlıq əldə etməli idi. Etdi də. İndi status bir az da artırılır. Sonra da müstəqillik və böyümə. Plan budur. Kürdüstanın Bağdadla artıq federal deyil, konfederal əlaqələrə keçməsi də onların ideyasıdır. Bunu bölgə dövlətlərinə həzm etdirmək mümkündür və etdiriləcək də. Gələcəyi də bayaq da dediyimiz kimi, gələcək göstərəcək.



- Referendum bölgədə yeni müharibə riskini artıracaqmı? 



- Orada müharibə gedir. Kürdüstan aparılan hibrid savaşının içindədir. Kürdüstan hazırda bir neçə ölkənin xüsusi təyinatlılarının olduğu və üstəlik də yerlilərdən silahlı dəstələr formalaşdırdıqları bir bölgədir. Sadəcə hələlik heç kim heç kimi vurub çıxarmaq qüdrətində olmadığından və yaxud da bunun vaxtı gəlib çatmadığından hazırda ora həm qarşıdurma, həm də əməkdaşlıq meydanıdır. 



Məsələn, Kürdüstanın neft və qazının xeyli hissəsini hazırda Rusiya çıxarır, Türkiyə üzərindən isə bazara çatdırılır. Gələcəkdə isə bu ziddiyyətli əməkdaşlığın miqyası daha da genişlənməlidir. Əmin ola bilərsiniz ki, cənab Putinin Türkiyəyə iki gün sonra edəcəyi səfərdə diqqət mərkəzindəki əsas məsələlərdən biri də məhz bu olacaq: Kürdüstanın karbohidrogen ehtiyyatlarının istismarı və daşınmasında birgə əməkdaşlıq. 



Burada bir şeyi də qeyd etmək istəyirəm. Regionda baş verənlərin türk-kürd qarşıdurması kimi qiymətləndirilməsinin Türkiyənin və həm də təkcə Türkiyənin yox, kürdlərin də maraqlarına cavab vermədiyi düşüncəsindəyəm. Bu məsələdən danışarkən "kürdlər dövlət qura bilməz" deməkdənsə, hansısa bir dövlətin parçalanamasının düzgün olmaması prizmasından çıxış edilməlidir. "Kürdlər elə gəldi, türklər belə getdi" deyilməməlidir. Məncə, o bölgədə türklərlə kürdlər qədər bir-birinə yaxın iki başqa xalq yoxdur. Dil və etnik fərqlilik ola bilər, ancaq mənim fikrimcə, bu iki xalq əslində ruh əkizləridirlər, iç-içə, əl-ələ verib birgə yaşamalıdırlar. Bu yöndə səsləndirilən kəskin, maksimalist və hədə dolu sözlər rassionallıqdan uzaq olmaqla yanaşı, həm də Yaxın Şərqədə xaos olmasını istəyən qüvvələrin xeyrinədir. Bir də bu gün gurultulu bəyanatar verənlərin bir neçə gün sonra hansı addımları atdıqlarını da az görməmişik. Sadəcə bir faktı deyim ki, Türkiyə ilə İraq Kürdüstanı arasında ticarət dövriyyəsi, Azərbaycanla Türkiyə arasında olandan 3 dəfədən də çoxdur. Və Türkiyə gələcək addımlarında həm bu faktı, həm də güclü və unitar İraq, yoxsa müstəqil olmayan, ancaq sərbəst Kürdüstanın varlığının ona daha çox əl verdiyini düşünərək, o cür də hərəkət edəcək. Mənim qorxudan və narahat edən türkmən adlandırılanların taleyidir. Tarixdə hamıdan çox zərbələr yeyən, dəfələrlə taleyin ümidinə buraxılan soydaşlarımızın gələcəyidir. Yəni arxalarında durulmayacaqsa, bunun üçün gərəkən potensial yoxdursa, onlar növbəti dəfə yanlış siyasət girovuna çevirilməməlidirlər.



- Kürdlərin referendumuna Ermənistan tərəfi ciddi dəstək verir. Sizcə, məqsədləri nədir?



-Birinci, bir zamanlar "bütün dünyanın proletarları birləşin" deyə bir şüar vardı. İndi hayların da şüarı bütün dünyanın separatçılarının birləşməsidir. Onlar harada separatizim meylləri görürlərsə, bunun özlərinin də xeyrinə olduğunu düşünürlər. 



İkincisi, Türkiyəyə qarşı yönələn istənilən addımdan onlar vəcdə gəlirlər və Kürdüstandakı refenduma da elə addımlardan biri kimi yanaşırlar. 



Üçüncüsü, heç kimə sirr deyil ki, beynəlxalq siyasətdə Ermənistan çox zaman Rusiyanın əlavəsi kimi çıxış edir. Lavrovun Kürdüstandakı referendumla bağlı təqribən Dağlıq Qarabağ probleminə yanaşmadan fərqlənməyən açıqlamasına fikir versəniz, nə demək istədiyim anlaşılar. İraqın digər bölgələrində də böyük neft və qaz kontraktları bağlayan Moskva bir tərəfdən Bağdadı, eyni zamanda müvəqqəti tərəfdaş gözündə gördüyü İranla Türkiyəni özündən narazı salmamaq üçün İraqın bütünlüyünü dəstəklədiyini deyir, digər tərəfdən isə qarşılıqlı anlaşma və digər amillərdən danışır. Ancaq qərbdəkilər kimi Rusiyaya da müstəqil Kürdüstan dövləti daha çox əl verir. Forpostu da bunu bilir və ona da uyğun çıxış edir.



- Kürdlərin bu addımı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə necə təsir göstərəcək? Nəzərə alsaq ki, erməni tərəfi münaqişənin həllində referendum variantını ön plana çəkir.



- Birincisi, xatırladaq ki, kürdlərdən fərqli olaraq ermənilər öz talelərini artıq çoxdan həll ediblər və dövlət deməyə adamın dili gəlməsə də, belə bir şeyləri də var. İkincisi, məncə, biz ümumiyyətlə, haradasa baş verən separatçılıq meyllərinə dayanıb, bunun Dağlı Qarabağ məsələsinə necə təsir edib-etməyəcəyini düşünməkdənsə, bu problemin tezliklə həlli üçün nələr etməli olduğumuzun üzərində baş sındərmalı və o yöndə addımlar atmalıyıq. Hazırda yeridilən siyasət də məhz budur.

Teqlər:
Bu xəbər cəmi 3145 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR