Rusiyanın ən böyük aviaşirkətlərindən biri olan “VIM-Avia” müflis olduğunu elan edib.
“Yenimeydan.info” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda şirkət əməliyyatların icrasını dayandırıb.
Daha öncədən müxtəlif turizm şirkətləri ilə bilet almış 100 mindən çox sərnişinin biletləri isə ləğv edilib.
Şirkətdən bildirilib ki, əlavə vəsait olmadan fəaliyyəti davam etdirmək mümkün deyil. Hazırda şirkət satışa çıxarılıb.
Qeyd edək ki, 27 təyyarəsi olan “VIM-Avia” illik ortalama 1,6 milyon sərnişin daşıyır