2009-cu ildə çəkilən “Avatar” filminin daha 4 hissəsinin çəkilməsi planlaşdırılır.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 4 hissənin çəkilməsinə ümumilikdə 1 milyard dollar büdcə ayrılacağı bildirilir.
“Avatar 2”nin ən tez 2020-ci ildə hazır olacağı deyilir.
Qeyd edək ki, 2009-cu ildə “Avatar”ın çəkilməsinə 237 milyon dollar xərc çəkilmiş və qarşılığında isə 2,78 milyard dollar gəlir əldə olunmuşdu.