Sentyabrın 22-də Azərbaycan prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib.
"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına Balaxanı Sənaye Parkı barədə məlumat verib.
Dövlətimizin başçısı Balaxanı Sənaye Parkının rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev burada yaradılan sənaye müəssisələri ilə tanış olub.
Daha sonra Azərbaycan Prezidenti Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış olub.