“L'Oreal” fransız kosmetika şirkətinin sahibi, dünyanın ən zəngin qadını olan Lilian Betankur 95 yaşında dünyasını dəyişib.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə L. Betankurun qızı Fransuaz Betankur-Meyer bildirib.
Onun sözlərinə görə, anası dünən gecə öz evində vəfat edib.
Qeyd edək ki, “Challenges” jurnalı bu ilin iyununda dünyanın ən varlı şəxslərinin siyahısını hazırlayıb. Lilian Betankur 35,8 milyard avro sərvətlə jurnalda ikinci yerdə qərarlaşıb.