Qol.az saytı Rəşad Sadıqovun 14 yaşı olarkən çəkilmiş şəklini yayıb. “Qafqazinfo” xəbər verir ki, foto 1996-cı ildə İngiltərədə çəkilib.
Həmin vaxt Sadıqov Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası ilə birlikdə turnirə qatılmaq üçün “Dumanlı Albion”a yollanıb. Rəşadın yanındakı isə onun şəxsi məşqçisi olmuş Vaqif Paşayevdir.
Foto "Futbol+" qəzetinin arxivindən götürülüb.