İki sahil” qəzetinin Neftçilər Gününə həsr etdiyi xüsusi buraxılış işıq üzü görüb.
“Yenimeydan.info” xəbər verir ki, 240 səhifəlik Xüsusi buraxılış Azərbaycan neft-qaz sənayesinin 23 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.
Xüsusi buraxılışda dövlət başçısı İlham Əliyevin Azərbaycanın neft sənayesi ilə bağlı çıxışlarına yer verilib. Həmçinin SOCAR-ın prezidenti R.Abdullayevin «Neftçilər qarşıdakı hədəflərə doğru inamla irəliləyir» yazısı dərc olunub.
Xüsusi buraxılış ümumilikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti strukturlarının fəaliyyəti, onların əlamətdar günü - neftçilərin peşə bayramını hansı nailiyyətlərlə qeyd etməsi və qarşıda hansı vəzifələrin dayandığı barədə dolğun təəssürat yaradır.
Şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin «Yeni əsrin müqaviləsi» ilə iki milyardıncı ton Azərbaycan neftinə doğru», iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun «Ölkəmizin həyata keçirdiyi neft-qaz layihələri regionda təhlükəsizlik, sabitlik və inkişafın təminatçısıdır» və digər məqalələr xüsusi buraxılışda dərc olunub.