Türkiyənin baş naziri Binalı Yıldırım İraq kürdlərinin keçirməyə hazırlaşdığı referenduma münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki,bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
İraq Kürd Bölgəsinin keçirməyi planlaşdırdığı referendum, ölkəmiz üçün beynəlxalq təhlükəsizlik məsələsidir. Bu məsələdə lazım olan hər cür addım və addımları atacağımız barədə kimsənin şübhəsi olmasın deyə Baş Nazir açıqlamasında bildirib.
İraq Kürd Bölgəsinin rəhbəri Məsut Bərzani referendumun sentyabrın 25-nə planlaşdırıldığını vurğulayıb.