“Yenimeydan.info” xəbər verir ki, bu barədə o sosial şəbəkədə status paylaşıb. Bildirib ki, şirkətdə özbaşınalıq baş alıb gedir: “Bakcellin fırıldaqçılığını, Azərbaycan vətəndaşlarını aldatdığını tənqid etmişdim. İndi də görün hansı yaramazlıqla məşğuldurlar. Ayın 13-də Moskvaya gəlməzdən öncə balansıma 45 manat pul yatırdım. Bunu təsdiq edən mesajları da aldım. İndicə, yəni ayın 14-də mesaj göndəriblər ki, balansınızda kifayət qədər məbləğ yoxdur, balansa pul yatırın. Kimsə ilə də Baksell nömrəsindən iki gün ərzində danışmamışam. Gör özbaşınalıq nə səviyyədədir?!”.
Bu gün, həmçinin, jurnalist Elşad Paşasoy da Bakcell nömrəsinə yüklədiyi konturların yoxa çıxmasından şikayətlənib: “Bakcell nömrəsinə yüklədiyim konturlar kimsə ilə danışmadığım halda yoxa çıxır. Son iki həftədə davamlı zənglərdən sonra nəhayət, şirkətlə danışdım. İddia elədilər ki, bizlik deyil, hansısa reklam şirkəti sizə mesaj göndərir, hər gün pul çıxır. Soruşdum ki, həmin şirkət mənim nömrəmi kimdən alıb? Niyə mənim Baksell nömrəm onlardadır? Dedilər bizlik deyil. Bir nömrə verdilər ki, zəng edin, mesajları dayandırsınlar. Bir həftədir zəng edirəm, o nömrəni qaldıran yoxdur. Nömrəmdən də bir ucdan pul çıxır. Kontur yükləməyəndə də borc yazılır, yükləyən kimi borca gedir. Neçə aydır davam edən bu özbaşınalığı durduran tapılacaqmı? Oturduğumuz yerdə cibimizə girirlər, əclafcasına!!!”
Qeyd edək ki, hər iki statusa şirkətin fəaliyyətilə bağlı narazı şərhlər yazılıb.