Dünən “Buta Palace”da Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymurun toy mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, V. Talıbov bir müddət əvvəl Naxçıvan daxili İşlər naziri vəzifəsinə təyin etdiyi Fazil Ələkbərovla qudalığını rəsmiləşdirib.
Toyda iştirak edən şou-biznes nümayəndələri sosial şəbəkədə mərasimdən fotoları paylaşıblar.
Seymur Talıbovun özü də İnstaqram hesabında xanımı ilə özünün əlinin yer aldığı şəkli paylaşıb.
Qeyd edək ki, S. Talıbovla F. Ələkbərovun qızı 2015-ci ildə nişanlanıb. Həmin vaxt Fazil Ələkbərov Dövlət Miqrasiya Xidmətinin (MR) rəisi vəzifəsini tutub.
Seymur Talıbov MR Ali Məclisinin üzvü, Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq əlaqələr üzrə prorektoru” vəzifəsində çalışır.
***
Toydan fotolar sosial şəbəkələrdə paylaşılıb.