Tacikistanda Horoq hava limanının direktoru dünyasını dəyişib.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, direktor prezident Emoməli Rəhmonu Düşənbəyə yola salan zaman ölüb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilir ki, prezidentin olduğu vertolyot havaya qalxan zaman ona yaxın məsafədə dayanan direktor Dildor Maqsudşoyev küləyin gücündən yıxılıb və başı daşa dəyib. O, güclü beyin travması alıb, xəstəxanaya aparılan zaman yolda ölüb.