Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bank sistemində yeni dönəm başladı

Bank sistemində yeni dönəm başladı


Azərbaycan Banklar Assosiasiyasının nəzdində “bank ombudsmanı” təsis edilib.



“Qafqazinfo” “Xəzər TV”yə istinadən xəbər verir ki, artıq kiçikhəcmli problemli kreditlər məhkəməyə getmədən həll olunacaq.



Bunun üçün bank və ya müştəri bank ombudsmanına müraciət etməlidir. Bankdan narazı qalan müştərilər və ya müştərisinin kredit müqaviləsinin şərtlərini pozduğunu iddia edən banklar bu ombudsmana müraciət etməklə qarşılıqlı ittihamlarına son qoyacaqlar. Ancaq ilkin mərhələdə 2 min ABŞ dollarına qədər olan borclara baxılacaq.



Bank Ombudsmanı İkram Kərimovun sözlərinə görə, məbləğ bilərəkdən 2 min dollar seçilib. Problemli kreditlərin sayı çox olduğundan hələlik kiçikhəcmli borclara baxılacaq.



Mübahisə tərəfi bir tərəfdən bank, digər tərəfdən isə fiziki şəxs və ya onun etibarnamə ilə təmin olunmuş səlahiyyətli nümayəndəsi ola bilər. Ancaq ombusdman sənədləri məhkəmədə olanların işinə baxmayacaq. Bank ombudsmanına müraciət isə olduqca sadədir.



Vətəndaş müraciət üçün bankla bağladığı müqaviləni, şəxsiyyət vəsiqəsini, banka ünvanlanan şikayət ərizənin surətini və bankın arayışını Ombudsmana təqdim etməlidir. Ombudsman işə, müraciət Bakıdan edildikdə 1, bölgələrdən olduqda isə 2 ay ərzində baxır. Xidmət ödənişsiz əsaslarla həyata keçirilir. Bank ombudsmanının qərarından narazı qalan tərəflər yenidən məhkəməyə müraciət edə biləcəklər.



Hazırda 19 bank ombudsman xidmətinə qoşulub. Bank olmayan kredit təşkilatları ilə isə danışıqlar aparılır.



İ.Kərimovun sözlərinə görə, gələcəkdə sığorta sahəsində yaranan problemlər də məhkəməyə getmədən mübahisələndiriləcək.


Teqlər:
Bu xəbər cəmi 2600 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR