“İrma” qasırğasının ABŞ və Karib adalarındakı qurbanlarının sayı 55-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Ölüm hallarından 18-i ABŞ ərazisində qeydə alınıb. Onlardan 12-di Florida, 4-ü Cənubi Karolina və daha 2-si Corciya ştatlarının sakini olub.
Rəsmilər ölü sayının arta biləcəyini vurğulayıb.
ABŞ prezidenti Donald Tramp “İrma” və “Harvi” qasırğalarından zərər çəkmiş insanlara maddi yardımın göstərilməsinə dair fərman imzalayıb.