Xəqani Abdullayev Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini vəzifəsindən azad olunub.
"Yenimeydan.info" "APA-Economics"ə istinadən xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı avqustun 1-də sərəncam imzalayıb.
X. Abdullayevin yerinə təyinat baş verməyib.
O, 2010-cu ilin aprel ayında AMB sədrinin müavini vəzifəsinə təyin edilib. 2007-ci ilin fevral ayında bank sisteminin inkişafındakı xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
2015-ci ilin aprel ayından Milli Məclisin qərarı ilə AMB İdarə Heyətinin üzvü seçilib.