Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasiminin oktyabrın 28-də keçirilməsi gözlənilir.
"Qafqazinfo" xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov AzərTac-a açıqlamasında bildirib ki, hər hansı texniki problem yaranmasa, Bakı-Tbilisi-Qars (BTQ) planlaşdırılmış dəmiryolu xəttinin rəsmi açılış mərasimi oktyabrın sonlarında keçiriləcək. Onun sözlərinə görə, açılış mərasiminin oktyabrın 28-də keçirilməsi gözlənilir.