Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Fuad Ələsgərov Avropa Parlamentinin qərarını qeyri-ciddi adlandırdı

Fuad Ələsgərov Avropa Parlamentinin qərarını qeyri-ciddi adlandırdı


“Avropa Parlamenti növbəti düşünülmüş, əsaslandırılmamış, qeyri-ciddi, öz nüfuzunu şübhə altına qoyan sənəd qəbul edib”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov öz müsahibəsində deyib.



PA rəsmisinin fikrincə, bu addım Avropa Parlamentində anti-Azərbaycan əhval-ruhiyyəli müəyyən qrupların “yaz-yaz mövsümündə” aktivləşməsi ilə bağlıdır: “Ölkəmizə dair bundan əvvəlki böhtan xarakterli qətnamə ötən il mayın sonunda, Bakıda “Eurovision-2012” mahnı müsabiqəsi keçirilən zaman qəbul edilmişdi.  Bu qətnamənin Avropa Parlamentində maraqlı qrupların gördüyü iş nəticəsində meydana çıxdığı şəksizdir. Qətnamə layihəsinin müzakirəsində iştirak və çıxış edən deputatların siyahısı ilə tanış olmaq kifayətdir. Onlar Azərbaycanla bağlı əvvəlki qətnamənin hazırlanması və qəbulunda ən aktiv iştirak edən eyni deputatlardır”.



Fuad Ələsgərov Avroparlament deputatlarının müdafiə etdiyi İlqar Məmmədovun fevralın əvvəlində həbs olunduğunu xatırladıb: “Avropa Parlamentinin sessiyalarının hər ay keçirildiyini nəzərə alsaq, onda avropalı parlamentlara bu məsələyə “təcili olduğunu” anlamağa dörd ay lazım olub. Bu məsələni iclasda iştirak edən 32 deputat vacib və təxirəsalınmaz sayıb. Bu isə Avropa Parlamenti üzvlərinin 5 faizdən də azını təşkil edir. Avropa Parlamentinin 754 deputatı var. Müqayisə üçün deyək ki, əvvəllər burada baxılan məsələlərin müzakirəsində 600-dək deputat iştirak edib. Avropa Parlamentində insan haqları ilə bağlı “təcili məsələlər”in müzakirəsi prosesi yumşaq desək təəccüb doğurur. Qətnamənin müzakirəsinə, daha doğrusu əvvəlcədən hazırlanmış mətnlərin başdansovdu oxunuşu yarım saatdan az vaxt sərf olunub. Xatırladıram ki, söhbət “təxirəsalınmaz və mühüm” məsələdən gedir. Həm də haqqında qətnamə qəbul olunan ölkəyə öz nöqteyi-nəzərini təqdim etmək üçün heç bir imkan tanınmır. Bu situasiyada avropalı deputatların obyektiv və hərtərəfli yanaşması barədə danışmağa lüzum belə yoxdur. Heç bir şübhə yoxdur ki, belə tələskənlik yalnız bir faktordan irəli gəlir. Deputatlar İlqar Məmmədovun işinə hazırda Avropa İnsan haqları Məhkəməsində baxıldığını bilərək qətnamə qəbul etməyə tələsiblər. Bu qətnamə Avropa Məhkəməsinə təzyiq göstərmək cəhdindən başqa bir şey deyil”.


Teqlər:
Bu xəbər cəmi 1575 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR