"Məncə, 2016-2017-ci tədris ili nailiyyətlərlə bol bir il olub. Ölkəmizin bölgələrində də yüksək nəticələr əldə olunub. Bu ilin sonuna kimi tikilən yeni məktəblərin sayının 100-ə çatdırılması nəzərdə tutulub və xeyli məktəb əsaslı təmir olunub. Məktəblərin maddi-texniki bazası gücləndirilib".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri Təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bu ildən etibarən Cocuq Mərcanlıda tədris bərpa olunacaq:
"Bununla bağlı lazımi işlər gorülüb. Həmçinin, yay aylarında yeni tədris ilinə hazırlıq prosesi gedib. Onlardan ən əsası müəllimlərin işə qəbulu imtahanlarıdır. Bu il müəllimlik ixtisasını seçən abituriyentlərin ballarında da müəyyən artım var və bu da gələcəkdə tədrisin keyfiyyətinə zəmanət yaradır".