“Neft Daşları” Neft və Qazçıxarma İdarəsində (NQÇİ) 1080 metr uzunluğunda yeni estakada inşa edilib.
“Qafqazinfo” SOCAR-a istinadən xəbər verir ki, əməyin mühafizəsi və təhlükəsizlik texnikasının təkmilləşdirilməsi istiqamətində aparılan mütəmadi işin nəticəsi olaraq, “Neft Daşları” NQÇİ-də 1080 metr uzunluğunda yeni estakada tikilib.
N.Nərimanov adına NQÇİ-də isə 1120 kvadratmetr ərazidə salınan estakadalar əsaslı təmir olunub.