Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
"Qafqazinfo" AMB-yə istinadla xəbər verir ki, bankın valyuta ehtiyatları sentyabrın 1-nə 5 milyard 101,2 milyon ABŞ dolları təşkil edib. Bu, avqust ayının 1-i ilə müqayisədə 68,1 milyon dollar çoxdur.