Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeriy Qerasimov Bakıdadır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qerasimov paytaxtda NATO Hərbi komitəsinin sədri, general-polkovnik Pyotr Pavel ilə görüşəcək. Onlar beynəlxalq təhlükəsizlik məsələləri üzrə danışıqlar aparacaq.
Bundan başqa, rusiyalı generalın prezident İlham Əliyevlə və Müdafiə nazirinin birinci müavini, Azərbaycan Silahlı Qüvvələrinin baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovla görüşəcəyi bildirilir.
***
Prezident İlham Əliyev sentyabrın 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.