Tərtərdə 3 ulduzlu hotelin yaradılması nəzərdə tutulur.
“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu avqustun 31-də Tərtər rayonunda keçirdiyi işgüzar forumda bildirilib.
Belə ki, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
intensiv bağçılıq (alma, gilas, xırnik, ərik), üzümçülük və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması; kiçik pendir istehsalı müəssisəsinin və 3 ulduzlu hotelin yaradılması.
Qeyd edək ki, bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.