Dominikan Respublikası, Haiti və Kubanı cənginə alan “İrma” fırtınası ABŞ-ın Florida ştatına doğru hərəkət etməyə başlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, fırtınanın sürəti saatda 297 km-ə çatıb.
Təbii fəlakətlə əlaqədar olaraq 6 adada əhali təxliyyə edilib.
Fırtına səbəbindən Levard adasında dalğanın hündürlüyü 3,4 metrə çatıb. Həftə sonunda dalğanın 6 metrə qədər yüksələcəyi bildirilir.
Qeyd edək ki, “İrma” fırtınası dağıdıcı gücə malik 5-ci kateqoriya təbii fəlakət elan edilib.