Əfqanıstanın Baqram hərbi bazasında baş verən terror aktı nəticəsində Gürcüstanın üç hərbçisi yaralanıb.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
“Hərbçilərin birinin vəziyyəti ağırdır. Hazırda o, Baqram hərbi hospitalında əməliyyat olunur”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Əfqanıstanda 800-dən çox Gürcüstan hərbçisi xidmət edir.