Dağıstanda zəlzələ baş verib.
“Qafqazinfo” ABŞ Geoloji Araşdırmalar Mərkəzinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 21:45-də Rusiyanın Dağıstan Respublikasının Axtı rayonunda 4,1 bal gücündə zəlzələ olub.
Yeraltı təkanın episentri 9 km olub.
Zəlzələ Azərbaycanın şimal-qərbindəki Qax, Zaqatala, Şəki və digər yaxın rayonlarda da hiss edilib.
Bölgədə yaşayan sakinlər də faktı “Qafqazinfo”ya təsdiqləyiblər.