Myanmada zülmə məruz qaldıqları üçün Banqladeşə sığınan 150 minə yaxın müsəlmana ilk humanitar yardım Türkiyədən göndərilib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1000 tonluq yardımın bir hissəsi bu gün Banqladeşdəki qaçqın düşərgəsinə çatdırılıb.
Xatırladaq ki, bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə keçirdiyi telefon danışıqları nəticəsində humanitar yardım edilməsi üçün razılıq almışdı.
Bu gün isə R.T.Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın başçılıq etdiyi nümayəndə heyəti Banqladeşə səfər edib. Onlar düşərgəyə baş çəkəcək və Arakan müsəlmanlarının vəziyyəti ilə yaxından maraqlanacaqlar.