Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Eks-spiker haqqında şok faktlar üzə çıxdı

Eks-spiker haqqında şok faktlar üzə çıxdı
Rəsul Quliyev hələ də "Naş Dom” TM-də 40, "LUKoyl”da isə 16 faiz paya malikdir ACP lideri həm də «QRU"da öz missiyasını yerinə yetirib

Eks-spiker, bir vaxtlar Ədalət, sonra Demokrat (ADP) partiyalarında təmsil olunmuş, hər iki siyasi təşkilatdan qovulub sonradan Açıq Cəmiyyət Partiyasını təsis edən eks-spiker Rəsul Quliyev növbəti dəfə də tərəfdarlarını aldadaraq Vətənə qayıtmaqdan imtina etdi. Qeyd edək ki, hazırda qaçıb ABŞ-da yaşayan, ona qarşı qaldırılmış cinayət işindən yayınan Rəsul Quliyev yenidən vətənə qayıtması ilə bağlı bir müddət əvvəl açıqlama vermişdi. Eks-spiker hətta bu ilin payızında keçiriləcək prezident seçkilərində namizəd kimi iştiraka iddialı olduğunu da vurğulamışdı.


 


Milli Məclisin sabiq sədri Azərbaycana nə zaman qayıdacağı ilə bağlı suala konkret cavab verərək, əvvəllər bunun mart, sonra isə mayın sonu-iyununəvvəllərində baş tutacağını demişdi. İndi isə iyunun ortalarıdır, üstəlik Quliyev nədənsə «böyük qayıdış» məsələsinin üstünə gəlmir. Bu barədə vaxtı çatanda məlumat verəcəyini deyən ACP rəhbəri indi də iddia edir ki, o, heç vaxt tərəfdarlarına yalan vədlər verməyib. "Mən heç vaxt "2013-cü ilin martında Azərbaycana gələcəyəm” deməmişəm. Demişəm ki, mart və ya aprel aylarında Azərbaycana qayıtmağımın konturları məlum olacaq və bu barədə məlumat verəcəyəm. Bu açıqlama eks-spikerin növbəti yalanlarını üzə çıxarır. Axı mart da, aprel də, may-iyun da başa çatdı, amma eks-spikerin «kontur»ları üzə çıxmadı. Bəlkə Rəsul Quliyev telefon konturlarını nəzərdə tuturmuş? Hər şey ola bilər.


 


Rəsul Quliyev bununla yanaşı, arabir müxalifət liderlərinə də seçki mesajları göndərir: "Mən seçkilərdə iştirak edəcəyəm bəyanatını 2011-ci ilin dekabrında elan etmişəm. Amma bu gün əsas söhbət prezidentliyə namizədliyi irəli sürməkdən yox, ölkədə azad və ədalətli seçkilərin keçrilməsinə nail olmaqdan gedir, hamı da bu istiqamətdə səylərini birləşdirməlidir. Təəssüf ki, bu müddət ərzində biz müxalifət olaraq azad və ədalətli seçki keçirməkdən daha uzaqlaşmış və seçkilərin uduzulmasına yaxınlaşmışıq”.


 


Uzun illərdir Amerikada yaşayan Rəsul Quliyev bir müddət əvvəl prezident seçkilərinə qatılacağını bildirərək bu məqsədlə Bakıya qayıdacağını bəyan etsə də, görünən odur ki, eks-spiker açıq cəmiyyətçiləri ələ salır. Eks-spiker bu dəfə də bildirdi ki, əgər o, seçkilərə qatılmasa, müxalifət məğlub olacaq.


 


Belə ki, illər öncə ABŞ-a pənah aparan ACP lideri Rəsul Quliyev Azərbaycanın beynəlxalq aləmdəki, imicinə zərbə vurmaq üçün hər cür vasitə və üsüllardan istifadə edir. Gah Rusiyanın, gah da İranın maraqlarından cıxış edən Rəsul Quliyev bununla nə etmək istəyini ortaya qoyur. Bu arada maraqlı məqama toxunmaq yerinə düşərdi Rusiya Dövlət Dumasının Müdafiə və Təhlükəsizlik Komitəsinin keçmiş əməkdaşı, hazırda Parisdə da yaşayan Sergey Vladimiroviç Mironovun Rəsul Quliyev haqqında söylədikləri ACP liderinin Moskvaya bağlılığınınəsl səbəbi bəlli olur açıqlaması çox mətləblərin üstünü açır. Rəsul Quliyevin Rusiyaya bağlı partiya sədri hesab edən S.Mironov bu əməkdaşlığın tarixcəsinin SSRİ dönəmindən qoyulduğunu və müstəqillik dövründə davam etdirildiyini bildirib: "Əməkdaşlıq əlaqələri yalnız siyasi məsələlərlə bitmir. Rəsul Quliyevlə iqtisadi əməkdaşlıq əlaqələri də mövcuddur. Yalnız onu deyə bilərəm ki, Rəsul Quliyev "Naş Dom” Ticarət Mərkəzindən 40 faiz paya, "LUKoyl” Neft Şirkətində isə 16 faiz paya malikdir".


 


Bütün bunlar bir yana, diqqətinizi başqa bir maraqlı məqama da yönəltmək istərdik: - Rəsul Quliyev hələ sovet dönəmlərində «QRU» - Dövlət Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edib. Elə buna görə də, Bakı Neftayırma Zavodunun direktoru olarkən xaricə satdığı neft və neft məhsullarının qarşılığında əldə olunan valyuta hələ sovet dönəmlərindən valyuta hesabı olan Rəsul Quliyevin adına yatırılıb.


 


Yeri gəlmişkən qeyd edək ki, müxalifətin seçkiöncəsi birlik ideyası fiaskoya uğramaqla yanaşı, müxalifət liderləri tərərfindən də ciddi ittiham olunmaqdadır. Lakin ortada olan fikir müxtəliflikləri vəziyyəti daha da gərginləşdirib. Maraqlıdır ki, az öncəyə qədər Rüstəm İbrahimbəyovu ciddi tənqid atəşinə tutan ACP sədri Sülhəddin Əkbər də rəhbərlik etdiyi partiyanın liderinə qarşı çıxıb. Belə ki, Rəsul Quliyev ACP-nin "Milli Şura"da təmsil olunmasının əleyhinə olsa da, partiya sədri onun mövqeyinə əks olaraq, Rusiyanın qaranlıq siyasi dairələri tərəfindən ortaya atılmış oyunun içinə girib. Nəzərə alsaq, eks-spiker bilavasitə Qərb meylli fərdlərdəndir, bu zaman ACP daxilində baş qaldırmış qarşıdurmanı da unutmamalıyıq. Əsas məsələ ondadır ki, ACP lideri R.Quliyev birlik ideyasını "fuflo" adlandırıb. Eks-spiker bildirib ki, Milli Şuranın yaradılması da başlanğıcdır: "Milli Şuranın vəzifəsi 10 problemi həll etməkdirsə, yaradılması birinci addım atılması deməkdir...Qurum gündə 24 saat real və konkret işlərlə məşğul olan bir təşkilata çevrilməlidir». Deməli, ACP lideri burada birlik ideyasının gerçəkləşməsinə inanmadığını dolayı yolla etiraf edir. Məsələn, R.Quliyev demək istəyir ki, hələlik, bu ideya fuflodur (boş havadır). Onu şar kimi dayanmadan şişirtsəniz sonda partlayacaq. Yəni bir halda ki, boş qurum partlayacaqsa, onun yaradılmasına və boş-boş bəyanatların verilməsinə də ehtiyac qalmır.


 


Başqa sözlə, bəlli olan da budur ki, Milli Şura ideyası düşərgədə çox xəmirin suyunu aparacaq. Hətta onun səbəbindən partiyalar daxilində yeni intriqalar və qarşıdurmalar şiddətlənərək, özünün partlayış nöqtəsinə qədər inkişaf edəcək. Artıq yuxarıda qeyd etdiyimiz kimi, bu hal ACP-də baş qaldırıb. Lider-sədr, yəni R.Quliyev-S.Əkbər qarşıdurması buna sübutdur.


 


Sözügedən faktor eyni zamanda AXCP-də Əli Kərimli-Fuad Qəhrəmanlı, Müsavatda İsa Qəmbər - Arif Hacılı, eyni zamanda, fəaiyyətinə xitam verilmiş "İctimai Pala"ta qruplaşmalarında da açığa çıxmaqdadır. Sadalananları nəzərə alsaq, müxalifətin birlik ideyasının reallaşmaması qalsın bir yana, hətta seçkilərə qədər davamiyyət göstərməsi də real görünmür./"Gündəlik Bakı"/


 

Teqlər:
Bu xəbər cəmi 780 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR