Rusiya Federasiyasının Hidrometeorologiya Mərkəzinin direktoru Aleksandr Frolov vəzifəsindən azad edilib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə sərəncam baş nazir Dmitri Medvedev tərəfindən imzalanıb.
Qeyd edilir ki, Frolov dövlət qulluğunda olmanın son yaş həddi ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb.
Onun yerinə Maksim Yakovenko təyin edilib.