Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Lideri Nobel Sülh mükafatı alan ölkədə - Müsəlman soyqırımı gedir

Lideri Nobel Sülh mükafatı alan ölkədə - Müsəlman soyqırımı gedir


Myanmada müsəlmanlara qarşı törədilən qətliam dünyanın əsas gündəmindədir. “Qafqazinfo” xəbər verir ki, rohingya, yəni arakanlı müsəlmanlara qarşı Myanmanın polis gücləri və hərbçilərinin şiddəti avqustun 25-dən bəri davam edir. 



Myanma hökuməti ölkəyə jurnalistlərin və BMT İnsan Haqları Təşkilatı üzvlərinin girməsinə izn vermir. Bu səbəbdən də ölkədə baş verənlərlə bağlı müfəssəl məlumat əldə etmək mümkün olmayıb. Şahidlərin iddiasına görə, təqib edilən müsəlmanlar boğazları kəsilərək edam edilir, evləri yandırılır, uşaqlar planlı şəkildə oda atılaraq öldürülür, qadınlar kütləvi zorlamaya məruz qalırlar. 



Arakandan Banqladeşə qaçan müsəlmanların sayı 125 mini keçib. Qaçanların bir çoxu Banqlaşdeşlə sərhəddə yerləşən Naf çayını keçərkən boğulub ölüb. Bölgəyə giriş qadağası olduğu üçün ölü sayı ilə bağlı dəqiq məlumat yoxdur. Bəzi mənbələrin bu sayın 400-ü, bəziləri isə 1000-i keçdiyini iddia edir. 





Banqladeşdən daha zəngin ölkə olan Malayziya belə qaçqınları qəbul etmək istəmir. Bunu artıq 10 minlərlə rohingya qaçqının ölkədə məskunlaşması ilə əlaqələndirirlər. Artıq Banqladeş, İndoneziya və Pakistan bu ölkənin dövlət başçısına ard-arda çağırışlar edib.



BMT ölkədə baş verənləri humanitar fəlakət və etnik təmizləmə adlandırıb. 



Myanmada ötən ilin yazında hakimiyyətə demokratik müxalifət gəlsə də, gözlənilənin tam əksi olaraq ölkədə müsəlmanlara qarşı təqib daha gücləndi. 



Halbuki uzun illərdən sonra hakimiyyətə hərbçilərin yerinə Nobel sülh mükafatı laureatı Aung San Suu Kyinin rəhbərliyi ilə demokratik qüvvələr gəlirdi. 30 ilə yaxın hərbçilərə qarşı mübarizə aparan və 15 il ev həbsində yatan yeni liderə olan ümidlər özünü doğrultmadı. Müsəlmanlara qarşı təqiblər daha da gücləndi. Tənqidlərə cavab olaraq isə bu yaxınlarda Aung San Suu Kyi belə bir bəyanat vermişdi: “Mənə elə bir ölkə göstərin ki, insan haqları sahəsində problemi olmasın”. 





Hazırki məqamda əsas tənqid hədəfində Myanma lideri Aung San Suu Kyidir. Arakandakı faciənini qarşısını almaq üçün heç bir şey etməyən liderdən Nobel sülh mükafatının geri alınması tələb edilir. 



Qeyd edək ki, rohingya müsəlmanlarının ölkədəki ümumi sayı 1 milyondur. Elə təxminən 1 milyonu son illər Banqladeş, Səudiyyə Ərəbistanı, Malayziya, Pakistan kimi ölkələrə gedib və ya qaçıblar. 



Əhalinin 88 faizini təşkil edən buddistlər isə ölkədə çoxluq təşkil edən xalqdır. Müsəlmanlara qarşı sərt mövqe nümayiş etdirənlər isə məhz hökumət tərəfindən təşviq edilən buddistlərdir.  





Bunun ən parlaq nümunəsi isə monarx Aşin Viratunun rəhbərlik etdiyi 969 antiislam hərəkatıdır. “Time” jurnalı onu “buddist terrorunun siması” adlandırmışdı. O, açıq şəkildə müsəlmanların məhv edilməsi üçün çağırışlar edir: “Əgər biz zəiflik göstərsək, bizim torpaqlar islamlaşacaq”. 



 














Teqlər:
Bu xəbər cəmi 2665 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR