Argentinanın Santa Roza şəhərində həbsxana nəzarətçiləri binanın üzərində uçan bir göyərçinin belində kiçik bir torba olduğunu görüblər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, göyərçinin tutan nəzarətçilər, torbada narkotik maddənin olduğunu aşkarlayıblar.
Bununla da, həbsxanaya narkotik maddənin keçirilməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, buna bənzər hadisə daha öncə Kosta-Rika və İraq həbsxanalarında da baş vermişdi.