Xəbər verdiyimiz kimi, Almaniyanın Frankfurt şəhərinin Uestend bölgəsində aparılan qazıntı işləri zamanı 2-ci Dünya müharibəsi dövründən qalmış bomba tapılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bombanın zərərsizləşdirilməsi üçün bu gün xüusi tədir keçirilir. Əməliyyat bir neçə saat davam edəcək.
Sakinlərin təhlükəsizliyini təmin etmək üçün 70 min insan bölgədən təxliyyə edilib.
Məlumata görə, ağırlığı 1,8 ton olan “HC-4000” model bomba İngiltərəyə məxsus qırıcı təyyarədən atılıb.
Xatırladaq ki, 2016-cı ildə Ausburq şəhərində də bir bombanın zərərsizləşdirilməsi üçün 54 min insan, Hannoverdə isə 50 min sakin təxliyyə edilmişdi.