Daim qalmaqallı çıxışları ilə gündəmdə olan rusiyalı teleaparıcı Kseniya Sobçakın 2018-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində Vladimir Putinə rəqib olacağına dair xəbərlər yayılıb.
“Qafqazinfo”nun xəbərinə görə, 35 yaşlı aparıcı İnstaqram hesabında bu məlumatların əsasssız olduğunu bildirib.
Sobçak KİV-in bu məsələ ilə əlaqədər onu narahat etməməyini məsləhət görüb və qeyd edib ki, azad insan kimi onun prezident administrasiyası ilə heç bir əlaqəsi yoxdur: “Yüksək dairələrə məxsus kabinetlərdə nəyin müzakirə olunduğunu bilmirəm, lakin uzun müddətdir ki, ölkədəki siyasi prosesləri izləyirəm”.