Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Lerik sakinlərindən etiraz: "İcra Hakimiyyəti bizdən 4000 manat pul aldı..."

Lerik sakinlərindən etiraz:


Lerikin Şivlə və Biləvər kəndlərinin sakinləri ölkə başçısına müraciət ediblər...



Şivlə və Biləvər yanaşı yerləşən kəndilərdir. Lerikin bu iki ucqar kəndində 1000-dən çox sakin yaşayır. 





Bu kəndləri prezident İlham Əliyevin sərəncamı ilə yeni çəkilən və əsaslı təmir edilən Noda-Şingədulan-Xanagah yolundan 3 km məsafə ayırır. Həmin 3 km yolu isə dəfələrlə kənd sakinləri öz şəxsi vəsaitləri hesabına təmir ediblər. Əsasən də yaz-yay aylarında istifadə olunan yolda yağmurlu havalarda avtomobillərin hərəkəti məhdudlaşır, günlərlə rayon mərkəzinə getmək müşkülə çevrilir. Xüsusən payız-qış aylarında bu yol istifadəsiz hala gəlir. 





Kənd sakinləri - Surət Əliyev, Ağababa Azadov, Gülbaba Əliyev, Cabir Rüstəmov, İbrət Azadov və digərləri Toplum.Tv-yə deyiblər ki, hər iki kənd rayonda fədakar kənd kimi tanınır. Onların sözlərinə görə, Şivlə-Biləvər kəndləri həm İkinci Cahan Savaşında, həm də Qarabağ döyüşlərində aktiv iştirak edib, çoxsaylı şəhid və itkin verib. 





Bir Milli Qəhrəmanın da bu kənddən olduğunu deyən sakinlər bildiriblər ki, rayon rəhbərliyi tərəfindən həmişə ögey münasibət görüblər. 



Kənd sakinləri deyirlər ki, əsas yola yaxın olan bütün qonşu kəndlərin yollarına qrabil tökülsə də, Şivlə-Biləvərin 3 km-lik yolu rayonda məmurların arasında gedən daxili intriqaya görə baxımsız qalıb. Sakinlər yenə də özləri pul yığaraq, yolu təmir etməyə başlayıblar. 







Cəlil Baxşıyev



Bu dəfə isə İcra Hakimiyyəti işə müdaxilə edib: "İcra başçısının birinci müavini Cəlil Baxşıyev guya kömək məqsədilə yolun çəkilişi üçün topladığımız 4000 (dörd min manat) vəsaiti bizdən aldı ki, yolu biz çəkəcəyik. Dedi ki, başçı tapşırıb, narahat olmayın, həll edərik. Pul bir ay rayon İcra Hakimiyyətində qaldı. Vəziyyətin gərginləşdiyini, bizim şikayət edəcəyimizi görüb pulu geri qaytardılar. Bundan sonra isə, ümumiyyətlə, yolu təmir etməkdən imtina etdilər".



"İndi pul əlimizdə qalıb, texnika tapa bilmirik. Həmişə öz şəxsi vəsitimiz hesabına təmir etdiyimiz kimi, bu dəfə də özümüz etmək istəyirik. Amma rayon rəhbərliyi bizə texnika vermir, "rayonda texnika yoxdur" deyirlər. Səsimizə səs verən də yoxdur".



Onlar deyirlər ki, 3 km yolu təmir etmək üçün dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət ediblər. Lakin icra başçısının birinci müavini və rayonda qeyri-leqal olsa da, əsas söz sahibi kimi tanınan Cəlil Baxşıyevdən rədd cavabı alıblar. Bu dəfə şəxsən icra başçısı Rövşən Bağırovla da görüşüblər, problemi onun da diqqətinə çatdırıblar, amma tələblərinə etinasız yanaşılıb. 





Rövşən Bağırov



Sakinlər deyirlər ki, problemlə bağlı ölkə başçısına və birinci vitse-prezidentə müraciət edəcəklər. İcra Hakimiyyəti onların tələblərini yerinə yetirməzsə, hətta Lerik rayonundan ayrılıb Yardımlı rayonuna birləşmək üçün aidiyyəti qurumlara üz tutacaqlar.





Lerik rayon icra başçının müavini, sosial-iqtisadi inkişafın  təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov isə sakinlərini iddiasını qəbul etməyib. Belə ki, o, Toplum.Tv-yə açıqlamasında rayon rəhbərliyinin sakinlərdən pul aldıqlarından xəbərsiz olduğunu, buna inanmadığını, sakinlərin qaldırdığı problemin isə yaxın zamanlarda həll ediləcəyinə ümid etdiyini deyib. 




Teqlər:
Bu xəbər cəmi 2810 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR