Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana səfər edəcək.
XİN mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan xəbərə görə, nazir avqustun 31-də Budapeşt şəhərində keçiriləcək Vişeqrad qrupu (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin toplantısında iştirak edəcək.
Tədbirdə xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.