Qazaxıstanda Ural vilayətində baş verən yol qəzasında yaralananların sayı artıb.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, say artıq 75-ə çatıb. Məlumatı bölgənin səhiyyə idarəsinin nümayəndəsi təsdiqləyib.
Xatırladaq ki, qəza avqustun 24-də baş verib. İki sərnişin avtobusu 2 minik maşını ilə toqquşmuşdu.