Cəlilabad rayonunun Vüqar Mürsəlov küçəsində qətl hadisəsi qeydə alınıb.
Mia.Az-ın APA-ya istinadən məlumatına görə, rayon sakini 1974-cü il təvəllüdlü İsmayıl Əliağa oğlu İsmayılovla həyat yoldaşı Sevda İsmayılova arasında məişət zəminində mübahisə yaranıb.
Münaqişə zamanı o, həyat yoldaşının baş nahiyəsinə küt alətlə bir neçə zərbə endirib.
Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən İ.İsmayılov polis tərəfindən saxlanılıb.
Fakt bağlı araşdırma araşdırılır.