Dəfələrlə dünya alimləri Yer kürəsində mövcud olan buzlaqların əriyəcəyi və quru sahəsinin bir qisminin su altında qalacağı barədə xəbərdarlıq edirlər.
Araşdırmalara görə Antarktida və Şimal qütbündəki buzlaqlar əriyərsə ABŞ-ın bir sıra meqapolisləri (San-Fransisko, Vankuver, Portlənd), Avropa qitəsinin sahilyanı əraziləri, İstanbul boğazının ətrafı, o cümlədən Xəzər sahilində yerləşən ölkələrin dəniz limanları və düzənlik əraziləri su altında qalacaq.