Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nizami rayonunda yeni bağça açılıb

Nizami rayonunda yeni bağça açılıb


Nizami rayonunda Ş.Mirzəyev küçəsi 106 ünvanında yeni inşa edilən hündürmərtəbəli binanın birinci və ikinci mərtəbəsində yerləşən “İndigo” özəl bağçasının Qara Qarayev filialının açılışı olub.



"Qafqazinfo" xəbər verir ki, açılış mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb, təhsilin təməlini təşkil edən məktəbəqədər təhsilin yüksək standartlara uyğun inkişafı, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd edib. Son illərdə ölkədə bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işlərinin aparıldığını, yeni uşaq bağçalarının tikilməsi ilə bağlı xeyli işlərin görüldüyünü və bununla da məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində bir sıra uğurların əldə edildiyini diqqətə çatdırıb.



A.Qasımov, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində Bakıda uşaq bağçası problemini həll etmək məqsədilə yeni tikilən, xüsusilə istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində inşa ediləcək binaların birinci mərtəbəsində uşaq bağçalarının nəzərdə tutulması tapşırığını verdiyini vurğulayıb.



Sonra məktəbəqədər təhsil ocağının rəmzi açılışını bildirən lent kəsilib və açılış mərasimində iştirak edənlər bağçada yaradılmış şəraitlə yaxından tanış olublar.



Bağçanın rəhbərliyi məlumat verərək tədris sahəsi 1000 kv.m, həyətyanı sahəsi 500 kv.m olan bağçada qrupların sayının 5 olmaqla 100-110 nəfər uşaq yeri planlaşdırıldığını bildirib. Hazırda bağçaya 35 uşağın qəbul edildiyini və açılışa 50 uşaqla başlanacağını, işçilərin sayının isə 30 nəfər olduğunu diqqətə çatdırıb. Uşaq bağçasında tədris qruplarının 2 dildə – rus və Azərbaycan dillərində təşkil olunduğunu və 2 yaşdan 6 yaşa qədər dövrü əhatə etdiyini, uşaqların fiziki və psixoloji, həmçinin intellektual inkişafını təmin edəcək tədris proqramlarının tətbiq edildiyini nəzərə çatdırıb. Bağçada uşaqların asudə vaxtının səmərəli təşkili üçün idman və oyun zallarının, attraksionların yaradıldığını, maraqlı və rəngli lövhələrin hazırlandığını, açıq havada istirahət üçün yerlərin ayrıldığını nəzərə çatdırıb.  Eyni zamanda yataq, yemək, dərs, musiqi, rəsm otaqlarının mövcud olduğunu və otaqların ekoloji cəhətdən təmiz materiallardan hazırlanan oyuncaqlarla təmin olunduğunu söyləyib. 



 








Teqlər:
Bu xəbər cəmi 3025 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR